İordaniyalı deputat İsraildə tutuldu

   İordaniyalı deputat İsraildə tutuldu
  24 Aprel 2023    Oxunub:872
İsrail hüquq-mühafizə orqanları silah və qızıl qaçaqmalçılığına görə İordaniya parlamentinin deputatı İmad əl-Advanı saxlayıb.
Bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazirliyin aidiyyəti orqanları həbs edilən millət vəkilinin işini izləyir.

İsrail mətbuatının məlumatına görə, Əl-Advan İordan çayının qərb sahili ilə İordaniya arasında İsrailin nəzarətində olan Allenbi keçid məntəqəsindəki Kral Hüseyn körpüsündə saxlanılıb. Onun avtomobilində qanunsuz silah və qızıl tapılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti