İsveç Sudandakı səfirliyin əməkdaşlarını təxliyə edib

İsveç Sudandakı səfirliyin əməkdaşlarını təxliyə edib
  24 Aprel 2023    Oxunub:1281
İsveçin Xartumdakı səfirliyinin əməkdaşları, onların qohumları və daha bir neçə İsveç vətəndaşı Sudandan təxliyə edilib.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib. “Səhər tezdən İsveçin Xartumdakı səfirliyinin əməkdaşları ailələri və bir neçə isveçli ilə birlikdə Cibuti hava limanına sağ-salamat eniblər”, - məlumatda deyilir.

Təxliyə beynəlxalq əməkdaşlıq çərçivəsində baş tutub və bundan əvvəl intensiv diplomatik iş aparılıb: “Təxliyə çox çətin şəraitdə və böyük zaman təzyiqi şəraitində həyata keçirilib. Parlamentin qərarına uyğun olaraq İsveç hərbçilərinin və təyyarələrinin cəlb olunduğu təxliyə təhlükəsizlik şəraiti imkan verdiyi müddətcə davam edəcək”.


AzVision.az


Teqlər:



Xəbər lenti