Moskvada Suriya üzrə dördtərəfli görüş keçiriləcək

   Moskvada Suriya üzrə dördtərəfli görüş keçiriləcək
  24 Aprel 2023    Oxunub:1099
Türkiyə, Rusiya, Suriya və İranın hərbi və kəşfiyyat idarələrinin rəhbərləri çərşənbə axşamı (aprelin 25-də - Red) Moskvada görüşəcəklər.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. “Çərşənbə axşamı Moskvada Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin görüşü keçiriləcək. Məqsədimiz danışıqlar yolu ilə mövcud məsələləri tez bir zamanda həll etmək və regionda sülh və əmin-amanlığı təmin etməkdir”, - türkiyəli nazir bildirib.

Akarın sözlərinə görə, Moskvadakı danışıqlardan sonra bir sıra müsbət irəliləyişlər gözlənilir. O, təfərrüatları açıqlamayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti