Tarlada işləyən 9 kəndli ildırım vurmasından öldü
Bildirilir ki, ölüm halları Sunamqanc, Maulvibazar və Silhet dairələrinin müxtəlif rayonlarında qeydə alınıb. Hadisələrin əksəriyyəti bazar günü kənddə insanların tarlada işlədiyi vaxt baş verib.
Qeyd edək ki, Banqladeş 2016-cı ildə ildırım vurmasını təbii fəlakət elan edib. Son bir neçə ildə bu ölkədə hər il yüzlərlə insan məhz ildırım vurmasından ölür.
AzVision.az
Teqlər: