Sudan ordusu ölkənin bütün sərhədlərinə nəzarət edir
"Çad, CAR, Şərq sərhədlərində, eləcə də Misirlə sərhədlərdə kifayət qədər qüvvə var”, - deyə Nabil Abdulla bildirib.
Aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında döyüşlər gedir.
Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf müsəlmanların Fitr bayramı münasibətilə atəşkəs elan edib.
Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600-ə çatdığını bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: