"Qızıl milyard”ın eqoist maraqlarına əməl etməyənlər..." - Lavrovdan BMT tribunasında qəzəbli çıxış
“Biz Soyuq Müharibə illərində olduğu kimi yenə də təhlükəli və bəlkə də daha təhlükəli xəttə yaxınlaşdıq.
Vəziyyət çoxtərəfliliyə inamın itirilməsi, Qərbin maliyyə və iqtisadi təcavüzü qloballaşmanın faydalarını məhv etdiyi, ABŞ və müttəfiqlərinin diplomatiyadan əl çəkərək “döyüş meydanında” qarşıdurma tələb etdiyi zaman daha da gərginləşir".
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, bütün bunlar BMT-nin müharibə dəhşətlərinin qarşısını almaq üçün yaradılmış divarları arasında baş verir. Onun sözlərinə görə, məsuliyyətli, ağıllı qüvvələrin səsi, siyasi müdriklik nümayiş etdirməyə, dialoq mədəniyyətini dirçəltməyə çağırışlar dövlətlərarası kommunikasiyanın fundamental prinsiplərini sarsıtmaq kursu götürmüş şəxslər tərəfindən boğulur.
O, "köklərə qayıtmağa" - BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etməyə çağırıb.
Lavrov əlavə edib ki, ABŞ uzun illər “bütün bəşəriyyətin ən yüksək rifahı” kimi təriflənən qloballaşmanın məhvinə doğru getdi.
Onun sözlərinə görə, Vaşinqton və ona tabe olan Qərbin qalan hissəsi beynəlxalq hüquqa uyğun olaraq siyasətlərini quran və “qızıl milyard”ın eqoist maraqlarına əməl etməkdən boyun qaçıranlara qarşı qeyri-qanuni addımlara haqq qazandırmaq lazım gəldikdə öz “qaydalarından” istifadə edirlər.
“Razı olmayanlar “qara siyahıya” düşürlər: kim bizimlə deyilsə, bizə qarşıdır”, - Lavrov vurğulayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: