Biləsuvarda yaşayış binasında partlayış - Ölənlər var +VİDEO

   Biləsuvarda yaşayış binasında partlayış -    Ölənlər var +VİDEO
  24 Aprel 2023    Oxunub:1457
FHN Biləsuvarda yaşayış binasında baş verən partlayışla bağlı məlumat yayıb .
Nazirlikdən AzVision.az- a verilən məlumata görə, FHN-in "112" qaynar xəttinə saat 19:20 radələrində rayonun Heydər Əliyev prospektində ilkin ehtimala görə qaz sızması nəticəsində partlayış olması barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub.

Əraziyə baxış zamanı mənzilin dam örtüyünün çökdüyü müəyyən edilib.

Hazırda nazirliyin qüvvələri tərəfindən əməliyyat davam etdirilir.
***
Biləsuvarda yaşayış binasında partlayış olub .
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkfaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.



AzVision.az


Teqlər:



Xəbər lenti