Nidrerland Sudandakı səfirliyini bağladı

   Nidrerland Sudandakı səfirliyini bağladı
  24 Aprel 2023    Oxunub:1056
Niderland Xartumdakı səfirliyini bağlayıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Niderlandın Xartumdakı səfirliyi bağlanıb. İşlər bölgədən və Niderlanddan mümkün qədər davam etdiriləcək", - məlumatda deyilir.

Bazar ertəsi Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra 60 Hollandiya vətəndaşının Sudandan təxliyə edildiyini bildirib.

Bundan əvvəl Niderland İordaniyaya bir neçə hərbi təyyarə göndərmişdi ki, sonradan onlar insanları Sudandan təxliyə edə bilsinlər.

Aprelin 15-dən Sudanda Məhəmməd Həmdan Daqlonun komandanlığı altında olan Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında döyüşlər gedir.

Sudanda müxalif qüvvələr hərbi uğurlar və obyektlərə nəzarət barədə ziddiyyətli bəyanatlar verir, mediada və sosial şəbəkələrdə genişmiqyaslı informasiya müharibəsi aparır. Cümə günü hər iki tərəf müsəlmanların Fitr bayramı münasibətilə atəşkəs elan edib.

Sudanın səhiyyə naziri ölkədəki qarşıdurmalarda ölənlərin sayının 600-ə çatdığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti