"Əgər bacarsaydılar, hamımızı öldürərdilər"

   "Əgər bacarsaydılar, hamımızı öldürərdilər"
  24 Aprel 2023    Oxunub:1333
İsrailin baş naziri Benyamin Netanyahu Qüdsün mərkəzində avtomobilin piyadanı vurmasını terror aktı adlandırıb.
Bu barədə AzVision.az baş nazirin ofisinə istinadən xəbər verir.

“Bir neçə dəqiqə əvvəl çox yaxında İsrail vətəndaşlarını öldürməyə növbəti cəhd edilib.Bu terror İsrail dövlətinin bizə ən böyük iztirablar bahasına gəldiyini xatırladır. Hücumlar bizi məğlub və bu torpaqdan çıxarılacağımız ümidi ilə həyata keçirilir.

Əgər bacarsaydılar, hamımızı öldürərdilər. Amma onlar bizi məğlub etmədilər, biz onları məğlub etdik. Biz ürək ağrıdan qiymətə böyük ordu və böyük polis qüvvəsi olan böyük bir ölkə qurduq”, - Netanyahu bildirib.

Bazar ertəsi səhər saatlarında naməlum şəxs Qüdsün mərkəzi və hərəkətli küçələrindən birində, demək olar ki, həmişə insanların, o cümlədən turistlərin çox olduğu Mahane Yehuda bazarının yaxınlığında avtomobili piyadaların üzərinə sürüb.

Polis şübhəli şəxsi yerindəcə zərərsizləşdirib. Təcili yardım xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti