Qərb Ukraynaya 13 milyard avroluq silah verib

   Qərb Ukraynaya 13 milyard avroluq silah verib
  25 Aprel 2023    Oxunub:1118
Avropa İttifaqı (Aİ) Ukraynaya 13 milyard avro dəyərində silah tədarük edib.
Bu barədə Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borel bildirib.

“Bu gün biz silah tədarükünün həcmini müzakirə etdik, güman edirəm ki, onlar artıq 13 milyard avrodan artıq tədarük edilib. Biz Ukraynaya 1 milyon döyüş sursatı, artilleriya mərmisi və raket tədarük etmək vədimizi yerinə yetirməyə davam edirik. 1 000-dən çox raket və bəzi sursat artıq göndərilib”, - o qeyd edib.

Avropanın baş diplomatı əlavə edib ki, Aİ “artıq Ukraynadan 16 000-dən çox əsgər hazırlayıb və bu ilin sonuna qədər bu rəqəmi 30 000-ə çatdırmaq niyyətindədir”. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba videokonfrans vasitəsilə Avropa İttifaqındakı həmkarlarını ölkədəki vəziyyətlə bağlı məlumatlandırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti