Partlayışla bağlı komissiya yaradıldı, araşdırma aparılır

 Partlayışla bağlı  komissiya yaradıldı,  araşdırma aparılır
  25 Aprel 2023    Oxunub:1020
Biləsuvar rayonunda yaşayış binasında baş verən partlayışla bağlı artıq komissiya yaradılıb, araşdırma aparılır.
Bunu AzVision.az -a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev deyib. O bildirib ki, belə hadisələr əsasən abonentlərin səhlənkarlığından baş verir:

"Hadisənin ilkin görüntüsündən ehtimal olunur ki, partlayış qaz sızması səbəbindən baş verib. Hansısa qaz avadanlığı açıq qalıb, qaz yığıntısı olub və işıq yandırılan zaman partlayışla nəticələnib".

R.Əliyev qeyd edib ki, ildə bir dəfə abonentlərə təlimat keçilir, maarifləndirmə aparılır:

"Buna baxmayaraq problem hələ də gündəmdə qalmaqdadır. Arzu edirik ki, abonentlər daha diqqətli olsunlar, çünki 365 gün onlar mənzillərini idarə edirlər".

Qeyd edək ki, Biləsuvar rayonu, Heydər Əliyev prospekti 5 ünvanında yerləşən yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti