NYT: "Əks-hücum uğursuz olsa, Kiyevə dəstək dayanacaq"

   NYT:    "Əks-hücum uğursuz olsa, Kiyevə dəstək dayanacaq"
  25 Aprel 2023    Oxunub:1130
"Ukraynaya Rusiya ilə münaqişəsində uğur qazanmaq şansı verən "pəncərə" həmişəlik açıq qala bilməz". AzVision.az xəbər verir ki, bunu Amerikanın məşhur “The New York Times” nəşri yazıb.
Məqalə müəllifinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuz olarsa, Kiyev müttəfiqlərinin dəstəyindən məhrum ola bilər.

Yeni Şafak: ABŞ Ukraynaya hərbi yardımı dayandıra bilər
Cəbhədə həlledici qələbələr əldə olunmasa, Qərbin Ukraynaya yardımları azalacaq. Belə olan halda isə Kiyev münaqişəni dayandırmaq və ya dondurmaq üçün ciddi danışıqlara başlamaq riski və artan təzyiqlərlə üz-üzə qala bilər.

Məqalədə o da vurğulanır ki, Ukrayna Silahlı Qüvvələrinin uğursuz hücumu baş versə, bundan sonra ordunun potensialını yenidən artırmaq mümkün deyil. Çünki artıq növbəti təkrar etaplar üçün Qərbin lazımi ehtiyatları qalmayıb. Həmçinin yerli istehsal gələn ilə qədər Kiyevin tələbatını ödəyə bilməyəcək.

Xatırladaq ki, bundan öncə "Politico" nəşri də bir çox ABŞ rəsmilərinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğuruna şübhə etdiyini yazmışdı. Rəsmilərin fikrincə, Rusiya qoşunları Ukraynada o qədər kök salıblar ki, onlara müqavimət göstərmək, demək olar ki, mümkün deyil.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Qərb   Rusiya   Münaqişə  





Xəbər lenti