Reuters: "ABŞ Kiyevə 43 kibermütəxəssis göndərib"

      Reuters:    "ABŞ Kiyevə 43 kibermütəxəssis göndərib"
  25 Aprel 2023    Oxunub:1124
Pentaqon Kiber Milli Missiya Qüvvələrinin (Cyber National Mission Force) 43 üzvünü kiber əməliyyatlarda iştirak etmək üçün Ukraynaya göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Reuters agentliyi ABŞ Silahlı Qüvvələri Kiber Komandanlığının bölmələrindən birinin rəhbəri general Uilyam Hartmana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqton Kiyevə “müdafiə əməliyyatları aparan, rəqiblərin "ov"u ilə məşğul olan komandalar” göndərir.

Məqalədə o da qeyd olunur ki, ABŞ 2018-ci ildən kibertəhlükələrlə mübarizə üçün başqa ölkələrə kompüter mütəxəssisləri göndərir. Ümumilikdə, onlar Albaniya, Şimali Makedoniya, Ukrayna, Xorvatiya, Monteneqro və Estoniya da daxil olmaqla 20 ölkədə 47 belə əməliyyat keçiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti