Medvedev: "Müasir dünyada nüvə silahı dövləti birləşdirən bir bağdır"

   Medvedev:    "Müasir dünyada nüvə silahı dövləti birləşdirən bir bağdır"
  25 Aprel 2023    Oxunub:1185
"Müasir dünyada nüvə silahları dövləti bir yerdə saxlayan bir bağdır".
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Bilik. Birinci" təhsil marafonunda çıxışı zamanı deyib.

O, dünyanın ən böyük dövləti kimi Rusiyaya nüvə silahının davamlı əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini çıxışı zamanı onu da xatırladıb ki, nüvə silahının qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarında deyilir ki, Rusiyanın mövcudluğunu təhdid edən silahlardan istifadə etməklə Moskvaya qarşı təcavüz aparılarsa, nüvə silahından istifadə etmək olar.

"Bu, mahiyyətcə belə hərəkətlərə cavab olaraq nüvə silahından istifadədir", - Medvedev qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Nüvə  





Xəbər lenti