Əfv Məsələləri Komissiyasında 1700 müraciətə baxılıb

   Əfv Məsələləri Komissiyasında 1700 müraciətə baxılıb
  25 Aprel 2023    Oxunub:1125
27 apreldə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
Bunu AzVision.az -a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O bildirib ki, bu günə qədər komissiyanın 13 iclası keçirilib. İclaslarda 1700 müraciətə baxılıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə qədər may ayının 10-a qədər Əfv Sərəncamının verilməsi gözlənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti