Diqqət! Azərbaycan ərazisinə daxil olursunuz - FOTO

 Diqqət! Azərbaycan ərazisinə daxil olursunuz -    FOTO
  25 Aprel 2023    Oxunub:1368
Azərbaycanla Ermənistan sərhədində - Laçın dəhlizinin girişində yaradılan sərhəd-buraxılış məntəqəsinin qarşısında yeni məlumatverici lövhə quraşdırılıb.
AzVision.az xəbər verir ki, lövhədə sərhədi keçən şəxslərin Azərbaycan Respublikasının suveren ərazilərinə daxil olması qeyd edilib.

Lövhədəki məlumat Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də əks olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti