Qərbdən Ukraynaya aylıq 1,5 milyard avroluq yardım

 Qərbdən Ukraynaya aylıq 1,5 milyard avroluq yardım
  25 Aprel 2023    Oxunub:884
Avropa İttifaqı may və iyun aylarında Ukraynaya hər biri 1,5 milyard avro məbləğində daha iki tranş makromaliyyə yardımı verəcək.
Bu barədə çərşənbə axşamı Avropa Komissiyasının nümayəndəsi Veerle Nuyts məlumat verib.

“Bugünkü ödəniş komissiyanın Ukraynanın qanunun aliliyinin möhkəmləndirilməsi, maliyyə sabitliyinin möhkəmləndirilməsi, qaz təchizatı sisteminin fəaliyyətinin və biznes mühitinin yaxşılaşdırılması sahəsində qənaətbəxş nailiyyətlər əldə etməkdə davam etdiyi qənaətinə gəldikdən sonra həyata keçirilib. Bu nailiyyətlər əsasında may və iyun aylarında 1,5 milyard avro həcmində daha iki tranş ayrılacaq”, - deyə o bildirib.

Çərşənbə axşamı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynaya 1,5 milyard avro məbləğində makromaliyyə yardımının növbəti tranşının ayrıldığını açıqlayıb.

Bundan əvvəl Avropa Komissiyası mart ayından etibarən 2023-cü il üçün hesablanmış 18 milyard avroluq yeni makromaliyyə yardım paketindən Ukraynaya hər ay 1,5 milyard avro köçürməyi planlaşdırdığını açıqlamışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti