“İsa peyğəmbərlə görüşmək üçün” ac qalıb, öldülər: 73 nəfərin cəsədi tapıldı
![“İsa peyğəmbərlə görüşmək üçün” ac qalıb, öldülər: 73 nəfərin cəsədi tapıldı “İsa peyğəmbərlə görüşmək üçün” ac qalıb, öldülər: 73 nəfərin cəsədi tapıldı](https://azvision.az/photos/2023/04/1682424386.jpg)
Malindidəki Xoş Xəbər Beynəlxalq Kilsəsi yaxınlığındakı Şakahola meşəsində tapılan cəsədlərin sayının 73-ə çatdığı, 112 nəfərin hələ də itkin düşdüyü və cəsədlərin sayının arta biləcəyi bildirilib.
Mövzu ilə bağlı ilk dəfə açıqlama verən Keniya prezidenti Vilyam Ruto təriqətdə yaşananların "terrordan fərqli olmadığını" ifadə edib. "Terrorçular öz iyrənc əməlləri üçün dindən istifadə edirlər. Mackenzi kimi kişilər də belə edirlər. Bu tip kişilərin, digər terrorçuların və cinayətkarların dini yoxdur. Mənsub olduqları yer həbsdir, orada olmalıdırlar", - Ruto deyib.
Aprelin 15-də aclıqdan öldüyü şübhə edilən 4 nəfərin cəsədi tapıldıqdan sonra polis Nthenqeni saxlayıb. Meşəlik ərazidə aparılan geniş axtarışlar zamanı kütləvi məzarlıqdan onlarla insanın meyiti tapılıb.
AzVision.az
Teqlər: