Şoyqu iranlı, suriyalı və türkiyəli həmkarları ilə təhlükəsizliyi müzakirə edib

   Şoyqu iranlı, suriyalı və türkiyəli həmkarları ilə təhlükəsizliyi müzakirə edib
  25 Aprel 2023    Oxunub:1098
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada səfərdə olan İran, Suriya və Türkiyənin müdafiə nazirləri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yaylb.

Bildirilib ki, görüşdə Suriyada təhlükəsizliyin gücləndirilməsi və terrorizmə qarşı mübarizə də müzakirə edilib. Danışıqlardan sonra tərəflər Suriyanın ərazi bütövlüyünü qorumaq istəklərini, həmçinin suriyalı qaçqınların vətənlərinə tezliklə qayıtması üçün səylərin gücləndirilməsinin zəruriliyini bir daha təsdiqləyiblər.

AzVision.az




Teqlər:





Xəbər lenti