Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib

   Ərdoğan Azərbaycan səfirini və xilasedicilərini təltif edib
  25 Aprel 2023    Oxunub:1107
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovu Türkiyədə baş vermiş dəhşətli zəlzənənin nəticələrinin aradan qaldırılmasına verdiyi dəstəyə görə “Yüksək xidmətə görə” dövlət medalı ilə təltif edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı aprelin 25-də keçirilən mərasimdə səfirə diplom və medal təqdim edib.

Türkiyə Prezidenti, həmçinin bir qrup azərbaycanlı xilasediciyə medallar verib.

R.T.Ərdoğan eyni zamanda digər ölkələrdən olan nümayəndə heyətlərini də mükafatlandırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti