İlham Əliyevin Bolqarıstana səfəri başa çatıb

   İlham Əliyevin Bolqarıstana səfəri başa çatıb
  25 Aprel 2023    Oxunub:1610
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev və digər rəsmi şəxslər yola salıblar.




AzVision.az


Teqlər:



Xəbər lenti