Fransa xarici işlər nazirinin Azərbaycana səfəri başlayır

Fransa xarici işlər nazirinin Azərbaycana səfəri başlayır
  25 Aprel 2023    Oxunub:1087
Aprelin 26-da Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri başlayır.
AzVision.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.

Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti