“Formula 1" yarışlarına bunları gətirmək qadağandır - SİYAHI

   “Formula 1" yarışlarına bunları gətirmək qadağandır -    SİYAHI
  26 Aprel 2023    Oxunub:1516
Daxili İşlər Nazirliyi (DİN) “Formula 1 Azərbaycan Qran Prisi” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olan əşyaların siyahısını yayıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, spirtli içkilər, hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla), qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar, lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter, soyuducu qutular, pikinik üçün səbətlər, iri əşyalar və bel çantaları, tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər, peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar və.s əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.



AzVision.az


Teqlər:



Xəbər lenti