Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları - VİDEO

   Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları -    VİDEO
  26 Aprel 2023    Oxunub:1294
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Atış çalışmalarında “OSA” və S-125 ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib.

Komplekslərin döyüş heyətləri şərti düşmən hədəflərinin aşkar olunaraq praktiki atışlarla məhv edilməsi tapşırıqlarını peşəkarlıqla icra ediblər.



AzVision.az


Teqlər:



Xəbər lenti