"Ukraynada vəziyyət pisdir, məni geri çağırıblar" - Elmira Axundova

   "Ukraynada vəziyyət pisdir, məni geri çağırıblar" -    Elmira Axundova
  26 Aprel 2023    Oxunub:1426
"Ukraynada vəziyyət çox ağırdır. Artıq mən neçə aydır orada deyiləm, geri çağırıblar. Məsləhət bilinsə qayıdacam. Ukraynada Azərbaycan vətəndaşları çoxdur. Gənclərin valideynləri ilə də dəfələrlə danışaraq, hələ ki, ora getməmələrini məsləhət görürəm.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova deyib. O bildirib ki, azərbaycanlılar Ukrayna vətəndaşıdırlarsa, döyüşdə iştirak edə bilərlər.

"Əks təqdirdə Azərbaycan vətəndaşı olaraq orada müharibədə iştirak etmək düzgün deyil. Azərbaycan qanunvericiliyi də buna yol vermir və onu muzdlu işçi kimi qəbul edir. Təbii ki, belə hallar yaşandıqda vətəndaşlar arasında da narazılıqlar yaranır".

E.Axundova qeyd edib ki, Kiyevdə isə vəziyyət daha yaxşıdır, çünki orada hava hücumundan müdafiə sistemləri ilə bir çox hücumları dəf edə bilirlər. "Hətta Kiyevdə insanlar müharibə getmirmişcəsinə yaşayırlar. Bu isə mənə bizim birinci Qarabağ müharibəsini xatırladır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti