Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan Azərbaycan könüllüləri Türkiyədə bir ay ərzində on minlərlə zərərçəkmiş şəxsə öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetiriblər.
Onlar zəlzələ bölgəsində dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti və Azərbaycan könüllüsünün qardaş dövlətin başçısı tərəfindən təltif edilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


