Nazir gənclər təşkilatına uğurlar dilədi

Nazir gənclər təşkilatına uğurlar dilədi
  26 May 2014    Oxunub:1381
Dayanıqlı inkişaf konseptini irəli sürən ən öndəgedən təşkilatlardan olan Oikos-Bakı mayın 23 –də Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən 9-cu Ümumrespublika Məzun Yarmarkasında iştirak edib.
İş yarmarkası çərçivəsində Oikos-Bakı Təhsil Naziri ilə tanışlıq xarakterlı görüş keçirib. Təşkilat haqqında məlumat alan nazir onun nümayəndələrinə işlərində uğurlar diləyib.

Qeyd edək ki, Oikos-Bakı qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, ölkəmizin qabaqcıl ekspertlərinin iştirakı ilə bir çox uğurlu layihələr həyata keçirib.

Hazırda Oikos-Bakı Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, İqtisad elmləri doktoru professor Ədalət Muradovun dəstəyi ilə universitet daxilində fəaliyyətini davam etdirir.



Teqlər:  





Xəbər lenti