QHT-nin minaya düşən əməkdaşının son durumu açıqlandı
Piyada əleyhinə minanın partlayışı nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir.
“Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır”, - məlumatda qeyd olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


