Torpaq tapmayanlar dənizə üz tuturlar - Çinin yeni dəfn problemləri
Məqalədə o da vurğulanır ki, kədərli qohumlar indi çətinliklə tapılan torpaq yerləri axtarmırlar, qayıqlarda öz yaxınlarının qalıqlarını qablarda daşıyırlar. Bu, indi Çində olduqca yayğın bir təcrübədir.
"Milyonlarla insanın yaşadığı Şanxay şəhərinin səlahiyyətliləri yaxın 15 il ərzində bir məzar üçün təxminən 13.000 İsveçrə frankı dəyərində pul ödənməyəcəyi təqdirdə pulsuz qəbirlərin olmayacağını bəyan ediblər. Həddindən artıq urbanizasiya və əhalinin surətlə qocalması bu vəziyyətə gətirib çıxarıb", - nəşr yazıb.
Dənizdə dəfn mərasimləri, bununla bağlı təcrübə isə artıq dövlət tərəfindən təbliğ edilir. Hətta yerli hakimiyyət orqanları bəzən bunun müqabilində pul mükafatı da təklif edirlər: "Yerli sakinlər Çinin şərq sahillərində turistlər üçün qayıq turları təşkil edirdilər. İndi onlar dənizdə dəfn mərasimləri üçün qayıq təminatından pul qazanırlar".
Tural Tağıyev
AzVision.az