Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Qonaqlar səmimi qəbula görə minnətdarlıq ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, milli prokurorluq orqanlarımızın rəhbərliyi tərəfindən Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə təşəkkür ediblər.
2024-cü ildə ölkəmizin ev sahibliyi ilə keçiriləcək BPA-nın 29-cu İllik Konfrans və Ümumi Yığıncağına hazırlıq məqsədilə yaradılmış yerli təşkilat komitəsinin fəaliyyəti ilə bağlı iclas keçirilib, bir sıra təşkilati məsələlər müzakirə edilib.
Daha sonra, BPA rəsmiləri təşkilatın üzvlüyünə yeni qəbul olunmuş gənc əməkdaşlarla görüş keçirməklə üzvlük vəsiqələrini təqdim ediblər. Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


