Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum olub

   Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum olub
  26 Aprel 2023    Oxunub:1444
Kür çayının sahilində meyiti tapılan kişinin kimliyi məlum olub.

AzVision.az -ın "Report"a istinadən məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Nizaməddin Rəcəbovun meyiti Kür çayının sahilində, Yevlax şəhər ərazisində olan körpünün yaxınlığında tapılıb.

Onun üzərində xəsarətlər aşkarlanmayıb və suda boğularaq öldüyü ehtimal edilir.

Qeyd edək ki, mərhumun yaxınlarının bildirdiyinə görə, həmin şəxsin psixoloji problemləri olub və tüfeyli həyat tərzi yaşayıb. O, 10 gün öncə itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti