Keniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 98 nəfərə çatıb
![Keniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 98 nəfərə çatıb
Keniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 98 nəfərə çatıb](https://azvision.az/photos/2023/04/1682534715.jpg)
Vurğulanıb ki, çərşənbə günü daha səkkiz uşaq cəsədi tapılıb. Onlar da hamı kimi Malindi şəhəri yaxınlığında yerləşən Şakahol meşəsindəki qəbirlərin içərisində aşkarlanıb. Məzarların içərisində bir neçə nəfər basdırılıb.
Qeyd edək ki, Pastor Makkenzi dindarın əbədi həyat qazanmasının ən sürətli yolu kimi sərt aclıq formalarında israr etməsi ilə tanınır. 2017-ci ildən bəri Keniya məhkəmələri pastora qarşı müxtəlif ittihamlarla iddialar qaldırsalar da, o, azadlıqda qalmağa davam edib. Ötən ay isə o, iki uşağın aclıqdan ölümündə əli olmaqda şübhəli bilinərək həbs edilib.
Teqlər: