Bakıda zəncirvari qəza baş verib

Bakıda zəncirvari qəza baş verib
  26 Aprel 2023    Oxunub:1316
Bakının Suraxanı rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.
Qəza aeroport yolunda qeydə alınıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.

Magistral yolda tıxacın yaranmaması üçün DYP əməkdaşları maşınların hərəkətini tənzimləyib.

Hadisənin təfərrüatı araşdırılır. (APA)


Teqlər:



Xəbər lenti