Kiyev daha bir satqın zabiti partlayışla aradan götürdü - VİDEO

Kiyev daha bir satqın zabiti partlayışla aradan götürdü    - VİDEO
  27 Aprel 2023    Oxunub:1241
Ukraynanın işğal altında olan Melitopol bölgəsində partlayış olub. AzVision.az yerli mediaya istinadən xəbər verir ki, səhər saatlarında baş verən partlayış nəticəsində Rusiyaya satılmaqda ittiham olunan polis zabiti Aleksandr Mişşenko ölüb.
"Mash" Telegram kanalının məlumatına görə, partlayış evlərdən birinin girişində olub. Bu sui-qəsd kimi qiymətləndirilir: "Saat 5:15-də Kirov küçəsində partlayıcı qurğu işə düşüb. 42 yaşlı Mişşenko xəstəxanaya çatdırıldıqdan sonra dünyasını dəyişib".

Qeyd edilir ki, Aleksandr Melitopol işğal edildikdən sonra Rusiya tərəfinə keçib, öz vəzifəsində fəal "işləyib".


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti