Xaricdəki türklər prezident seçkilərində səs verməyə başladı
Xarici ölkələrdə və sərhəd məntəqələrində səsvermə prosesi mayın 9-na qədər davam edəcək, sonra bütün bülletenlər sayılaraq MSK-ya göndəriləcək.
Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd – ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İnce, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar.
Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu baş tutacaq. 28-cı çağırış parlament seçkilərində isə 26 partiya iştirak edəcək.
AzVision.az
Teqlər: