Artsrun: "11 min fərarimizin olması inandırıcı rəqəmdir" |
Müəllif həmçinin yazır ki, "Baş Prokurorluğa müraciətimizdə 44 günlük müharibə zamanı və ondan sonra fərariliklə bağlı nə qədər işin açıldığını, neçə nəfərin həbs edilməsi ilə bağlı tədbirlərin görülməsini göstərməyi xahiş etmişdik. Prokurorluq yaxşı anlayırdı ki, Akopyanın dediklərinin yalan olmasını sübut etmək üçün hər şeyi etməlidirlər. Əslində isə faktlarla, rəqəmlərlə hoqqabazlıq edərək onun sözlərinə haqq qazandırmağa çalışırlar".
Xatırladaq ki, Anna Akopyan aprel ayının əvvəlində Tavuş rayonunun Açarkut kəndində 44 günlük müharibə zamanı öldürülmüş David Şahnazaryanın anadan olmasının 23-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı fərarilərlə bağlı qalmaqallı açıqlama vermişdi. “44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit”, - baş nazirin həyar yoldaşı qeyd edib.
Tural Tağıyev
AzVision.az