Paşinyanı söyən müəllimə bəraət verildi

   Paşinyanı söyən müəllimə bəraət verildi
  27 Aprel 2023    Oxunub:1254
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı zorakılığa çağırış edən Qay adına İrəvan 129 nömrəli əsas məktəbinin tarix müəllimi Akop Qriqoryan azadlığa buraxılıb.
Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını təmin etməyib, müdafiə tərəfinin şikayətini təmin edib.

Xatırladaq ki, Akop Qriqoryan 2021-ci il mayın 21-də baş nazirin siyasəti ilə razılaşmayaraq 7-ci sinifdə dərs zamanı öz mövqeyini bildirib və şagirdlərin iştirakı ilə açıq şəkildə Paşinyana və onun ailəsinə qarşı zorakılığa çağırış edib.

Noyabrın 24-də baş tutan ilk iclasda Qriqoryan vəkil tutmaq üçün kifayət qədər vəsaitinin olmadığını bildirib və məhkəmədən ona dövlət müdafiəçisi verilməsini istəyib.2021-ci il noyabrın 25-də hüquq müdafiəçisi Ruben Melikyan Qriqoryanın müdafiəsini öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti