Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

   Yağış yağacaq, dolu düşəcək -    XƏBƏRDARLIQ
  27 Aprel 2023    Oxunub:1845
Aprelin 28-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Şərq küləyi 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

AzVision.az


Teqlər:



Xəbər lenti