Meksika parlamentində Heydər Əliyevnə həsr olunan konfrans keçirilib
Səfir Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun təşəbbüsü ilə reallaşan dünya miqyaslı iqtisadi layihələri nəticəsində Azərbaycan iqtisadiyyatının böhrandan qurtulduğunu, ölkədə yoxsulluq səviyyəsinin kəskin şəkildə azaldığını vurğulayıb. Məhz Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Cənub Qaz Dəhlizi kimi dünya miqyaslı layihələri sayəsində bu gün Avrasiyanın enerji və nəqliyyat xəritələrinin tamamilə dəyişdiyini, bu sahələrdə qitə miqyasında yeni reallıq yaratdığını, Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın dünyada nüfuzunun gündən-günə artdığını, otuz illik həsrətə son qoyularaq torpaqlarımızın işğaldan azad olunduğunu və Vətən Müharibəsində çaldığımız zəfər nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Türkiyənin Meksikadakı səfiri İlhan Kemal Tuğ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərindən Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına önəm verdiyini və onun “Bir millət, iki dövlət” müdrik kəlamının bu gün hər iki xalq üçün örnək olduğunu bildirib. O, bu gün Azərbaycan və Türkiyənin təkcə öz ölkələri üçün deyil, bölgədə sülhə və əmin-amanlığa xidmət edən layihələr gerçəkləşdirdiyini, beynəlxalq məsələlərdə hər zaman birlikdə hərəkət etdiyini və bu siyasətin əlaqələrimizin təməl prinsipi olduğunu qeyd edib.
Sonda çıxış edən deputat Alberto Viyya Viyeqas müasir Azərbaycanın inkişafı və qazanılan uğurlarda Heydər Əliyevin müstəsna rolunu vurğulayıb və Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun bəyanatını rəsmi şəkildə Azərbaycan tərəfinə təqdim edib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti barədə videoçarx nümayiş etdirilib, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun hazırladığı kitabça paylanıb.
Tədbirdən öncə Meksika Deputatlar Palatasında fəaliyyət göstərən ölkənin aparıcı KİV nümayəndələrinin iştirakı ilə Ulu Öndərin 100 illiyinə həsr olunan xüsusi iclasla bağlı mətbuat konfransı keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


