Alyaskada ABŞ ordusunun iki helikopteri qəzaya uğrayıb

Alyaskada ABŞ ordusunun iki helikopteri qəzaya uğrayıb
  28 Aprel 2023    Oxunub:1274
ABŞ ordusuna məxsus iki helikopter Alyaskada təlim uçuşu zamanı qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumatda "AH-64 Apache" helikopterlərinin Feyrbenks şəhəri yaxınlığındakı Fort Ueynrayt bazasında dislokasiya olunduğu bildirilir.
"Hadisə yerində ilkin tibbi yardım briqadaları işləyir. İnsident araşdırılır, səbəblər aydınlaşanda bu barədə əlavə məlumat dərc ediləcək", - ABŞ hərbi komandanlığından yerli mediaya bildirilib.

Helikopterlərin göyərtəsində neçə nəfərin olması və onların qəzadan sonrakı vəziyyəti barədə hələlik məlumat verilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  



Xəbər lenti