Serbiya prezidenti təcili xəstəxanaya yerləşdirilib

   Serbiya prezidenti təcili xəstəxanaya yerləşdirilib
  28 Aprel 2023    Oxunub:2093
Serbiya prezidenti Aleksandar Vuçiç təcili şəkildə xəstəxanaya yerləşdirilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
B92 portalı isə yazıb ki, hakimiyyətdəki adı açıqlanmayan mənbə məlum hadisəni təsdiqləyib. Serbiya liderinin xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır. Hakimiyyət orqanları hələlik bununla bağlı açıqlama verməyib.

Qeyd olunur ki, dörd il əvvəl Vuçiç ürək-damar xəstəlikləri səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Serbiya  



Xəbər lenti