"ABŞ İrəvana sülhlə bağlı təzyiq göstərir" - Hraparak

  "ABŞ İrəvana sülhlə bağlı təzyiq göstərir"     - Hraparak
  28 Aprel 2023    Oxunub:1679
Birləşmiş Ştatlar Ermənistan rəhbərliyinə təzyiqlər göstərir ki, Azərbaycanla imzalanacaq müqavilə mümkün qədər tez reallaşsın.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Amerika tərəflərdən mayın sonuna qədər sənədin ilkin variantını təsdiq etmələrini istəyir. Qeyd olunur ki, sənədin qaralama variantını ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson bu yaxınlarda İrəvana və Bakıya səfəri zamanı özü ilə gətiribmiş.

Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşüb
Müəllif yazır ki, sənədin təfərrüatları məlum deyil. Lakin bəzi məlumatlara görə, o, Ermənistan Respublikasının və Qarabağ separatçılarının maraqlarına cavab vermir.

Qəzet Azərbaycanın xarici işlər nazirinin Bakının növbəti təkliflər paketi göndərməsi, lakin bir neçə həftədir ki, Ermənistan tərəfinin cavab verməməsi barədə bəyanatını da xatırladıb.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ dövlət katibinin köməkçisi Ermənistana Azərbayacana səfər etmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   ABŞ   Sülh  





Xəbər lenti