TƏBİB: "Formula 1" ilə bağlı şöbə ayrılıb
“Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz edilib.
Yarış xətti boyunca iştirakçılara, “Formula 1” çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək.
Qeyd edək ki, TƏBİB 4 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


