İranın yük gəmilər külə döndü - FOTOLAR

İranın yük gəmilər külə döndü    - FOTOLAR
  28 Aprel 2023    Oxunub:1611
Bu gün səhər saatlarında İrana məxsus yük gəmiləri yanaraq külə çevrilib. Hadisə Fars körfəzindəki Qeşm adasının Bəhmən limanında baş verib. IRNA -nın yaydığı məlumata görə iki yük dolu gəmidəki yanğınların qarşısını almaq mümkün olmayıb.
"Yük gəmiləri- "Simorgh 2" və "11482" yanğın nəticəsində sıradan çıxıb", - məlumatda deyilir.

Agentliyin məlumatına görə, nəhəng gəmilər Fars körfəzi ölkələrindən idxal olunan malları daşıyırmış.
Yanğının səbəbləri, miqyası və dəymiş ziyanın miqdarı barədə hələlik məlumat yoxdur.




Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Gəmi  



Xəbər lenti