Lentsov vəzifəsinin icrasına İrəvandan başladı

   Lentsov vəzifəsinin icrasına  İrəvandan başladı
  28 Aprel 2023    Oxunub:1750
Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən sülhməramlı kontingentinin yeni komandanı Aleksandr Lentsovla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediasının yaydığı məlumatda tərəflərin sülhməramlıların məsuliyyət zonasındakı vəziyyəti müzakirə etdikləri bildirilir.

Görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin, səfirliyin müdafiə məsələləri üzrə attaşesi İqor Şerbakov və kontingentin keçmiş komandanı Andrey Volkov da iştirak edib.

Rusiya MN sülhməramlılara yeni komandan təyin olunmasını təsdiqləyib
Tərəflər Azərbaycanın Qarabağ bölgəsindəki əməliyyat durumu ilə bağlı məsələləri nəzərdən keçirib, Rusiyanın sülhməramlı missiyasının səmərəliliyinin artırılması problemlərinə toxunublar.
Ermənistanın müdafiə naziri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinin zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsini Ermənistan Respublikası ilə əlaqələndirən Laçın dəhlizinin rahat işləməsini təmin etmək üçün səylər göstərilməlidir.

Xatırladaq ki, general-polkovnik Aleksandr Lentsov aprelin 26-da komandan təyin edildi. Bundan əvvəl o, Rusiya Federasiyası Müdafiə nazirinin müşaviri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Sülhməramlı   Qarabağ  



Xəbər lenti