I Qarabağ müharibəsi qazisi vəfat etdi

   I Qarabağ müharibəsi qazisi vəfat etdi
  28 Aprel 2023    Oxunub:3201
Qarabağ müharibəsi əlili, "Qarabağ qaziləri" İctimai Birliyinin üzvü, qazi Əliyev Arif Kamal oğlu dünyasını dəyişib.
AzVision.az bildirir ki, qazi gecə saatlarında vəfat edib.

Arif Əliyev 1967-ci ildə Ağdam rayonunda anadan olub. 1992-ci ildə Ağdam uğrunda gedən ağır döyüşlərdə yaralanıb və hər iki ayağını itirib. "Vətən Uğrunda" medalı ilə təltif edilib.

Ailəli idi. 3 qız övladı yadigar qalıb.

Allah rəhmət eləsin!







AzVision.az


Teqlər:



Xəbər lenti