"Yaxın vaxtlarda Bakı ilə danışıqlar gözlənilir" - Qriqoryan

   "Yaxın vaxtlarda Bakı ilə danışıqlar gözlənilir"    - Qriqoryan
  28 Aprel 2023    Oxunub:1307
"Yaxın vaxtlarda İrəvanla Bakı arasında danışıqlar gözlənilir".
AzVision.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərə müsahibəsində deyib.

"Yaxın vaxtlarda danışıqların olacağı gözlənilir və hazırda müzakirələr gedir. Azərbaycan da təklifləri gecikdirib. Bu, normaldır. Biz bir səbəbdən təklifləri göndərmədik. Çünki danışıqlar planlaşdırılırdı", - Qriqoryan qeyd edib.

Tural Tağıyev AzVision.az



Teqlər:



Xəbər lenti