Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
2013-cü ilin iyun ayından etibarən 2 milyon 790 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.
Xatırladaq ki, Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində 20 ailə (90 nəfər) bu il Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


