“Güllübulaq” MMC-nin təsisçisi ilə bağlı məhkəmə hökmündən protest verilib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən F.Adıgözəlov barəsində bəraət hökmü çıxarılaraq məhkəmə iclas zalında həbsdən azad edilib. Aprelin 27-də bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


