TƏBİB Laçına köçürüləcək ailələrin tibbi müayinələrinə başlayıb
Ümumilikdə, 401 ailə (16 min 48 nəfər) müayinələrə cəlb olunacaq. Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçiriləcək.
Qeyd edək ki, tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır. TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdə tutulub.
Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.
Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürülən şəxslərin də tibbi müayinələri keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


